Cahangir Fərəcullayev “Azərlotereya” ASC-də baş direktorun müavini olub.
O, 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb.
2004-2019-cu illərdə Deniz Service, Engin, Gametv Prodüser Mərkəzi, AGBank, Novartis, Sandoz və JTI Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil məsləhətçi kimi çıxış edib. 2019-2020 illərdə “Topaz” şirkətinin baş direktoru olub. 2021-ci ildən indiyə qədər “Azərlotereya” ASC-də baş direktorun müşaviri və LMK şirkətində baş direktor vəzifəsində çalışıb.
Cahangir Fərəcullayev vəzifəsinin icrasına bu gündən etibarən başlayacaq.