Belqorod vilayətində iki Ukrayna PUA-sı vurulub

3 Fevral 2025 20:23 (UTC+04:00)

…Belqorod vilayəti üzərində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatı vurulub.

SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib.

İdarədən qeyd ediblər ki, bu, saat 15:00-16:00 arasında baş verib. Pilotsuz təyyarələr növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Müdafiə Nazirliyi Rusiya sərhəd bölgəsində baş verənlərlə bağlı başqa təfərrüatları açıqlamayıb.

Bundan əvvəl Ukraynaya məxsus PUA-nın Belqorodun Berezovka şəhərində yaşayış binasını vurduğu bildirilirdi. …Bundan əvvəl Müdafiə Nazirliyi məlumat vermişdi ki, bazar ertəsi, fevralın 3-nə keçən gecə Ukraynadan Rusiyanın altı rayonuna 70 pilotsuz uçan aparat buraxılıb.

Rostov vilayətində 27, Volqoqradda 25, Həştərxanda 7, Voronejdə 5, Belqorodda 4, Kurskda 2 pilotsuz təyyarə məhv edilib.

Əli Babayev