…baş alıb gedir..?

3 Fevral 2025 20:05 (UTC+04:00)

Bu arada Avropadan gələn turist Kolumbiyanın Medellin şəhərindəki otel otağında 15 yaşlı yerli qızın yanında yaxalanıb.

SİA xəbər verir ki, bu barədə “El Colombiano” nəşri məlumat yayıb.

Deməli, polisin məlumatına görə, 44 yaşlı Dublin sakini məktəbli qıza onunla yatmağı 160 min pesoya (rus puluyla 4 min rubldan az…Allah insafını kəssin!) təklif edib.

İmkansız qız da , razılaşıb və irlandiyalı onu otelə aparıb. Həmin şəxs cinayət başında yaxalanıb və yetkinlik yaşına çatmayanları cinsi istismarda ittiham edilib.

Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları uşaq fahişəliyinə təşviq etdiyi üçün otel müdirini həbs ediblər və otelin özü də müvəqqəti olaraq bağlanıb.

Yeri gəlmişkən, bu arada İtaliyada iki kişi ispan turisti Snapchat vasitəsilə otel otağına dəvət edib ona təcavüz etdiyinə görə cəza alıblar.

Onlar beş il iki il yarım müddətinə azadlıqdan məhrum ediliblər.

Əli Babayev