Geosiyasətdə yeni era başlayıb. Heç kimin ağlına gəlməzdi ki, XXI əsrdə Avropaya müharibə qayıdacaq. Nə qədər inkar etməyə çalışsaq da, bu, danılmaz faktdır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu bazar ertəsi Şimali Atlantika Alyansının iclasında iştirak etmək üçün Brüsselə səfər edən Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto bəyan edib.
“Hazırda biz yeni reallıqda yaşayırıq və bu reallıq Avropanın təhlükəsizliyinə sadiq qalmağımıza haqq qazandırır”, - deyə nazir əlavə edib. O qeyd edib ki, ölkəsi NATO-nun fəal iştirakçısıdır və ÜDM-in təxminən 2 faizini müdafiəyə xərcləyir. “Biz daim müdafiə sənayemizi inkişaf etdiririk. Alyansın əməliyyatlarında mindən çox hərbçimiz iştirak edir”, - deyə Siyarto xatırladıb.