SİA xarici qaynaqlara istinadən xəbər verir ki, prezident Donald Trampa qarşı şüarlar səsləndirən etirazçılar "Əsl günahkar Ağ Evdədir", "Qonşunu sev, onları deportasiya etmə" yazılmış plakatlar qaldırıblar. Los-Anceles Polis Departamenti (LAPD) etiraz aksiyasının icazəsiz olduğunu açıqlayıb.
Hər üç nəfərdən birinin miqrant olduğu Los-Ancelesdə təxminən 3,6 milyon köçkün yaşayır. Onların 79 faizini Meksika və Mərkəzi Amerikadan gələnlər təşkil edir.
Tramp administrasiyası miqrantlara qarşı sərt tədbirlər görərək "CBP One" tətbiqini ləğv edib və nizamsız miqrantların həbs edilməsi üçün yeni qanunlar qəbul edib. Bundan əlavə, Tramp sərhəd təhlükəsizliyini gücləndirmək məqsədilə əlavə 1500 hərbçi göndərmək qərarına gəlib.