“Bodrum" FK Volkan Dəmirəl ilə yollarını ayırıb

3 Fevral 2025 17:21 (UTC+04:00)

Türkiyə Super Liqası komandalarından “Bodrum" FK-nın baş məşqçisi Volkan Dəmirəl ilə yollarının ayırdığını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə klub rəsmi instaqram hesabında paylaşım edərək mütəxəssisə uğurlar arzu edib.

Qeyd edək ki, Volkan Dəmirəl baş məşqçi kimi “Bodrum" FK ilə 11 matça çıxıb və bu oyunlardan 7 məğlubiyyət, 3 heç-heçə və 1 qələbə ilə ayrılıb. Hazırda komanda liqada 17-ci pillədə qərarlaşıb.

Ayaz Zeynalzadə