Vətəndaş seçki məntəqələrində çəkilişə düşmək istəmirsə, onu çəkmək doğru deyil - MƏZAHİR PƏNAHOV

3 Fevral 2025 16:13 (UTC+04:00)

Əgər vətəndaş seçki məntəqələrində çəkilişə düşmək istəmirsə, buna icazə vermirsə, çəkiliş aparmaq doğru deyil. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.

"Məntəqədə çəkiliş aparanlar deyirlər ki, bu, bizim haqqımızdır. Amma əgər vətəndaş icazə verərsə, onu çəkmək olar", - MSK sədri qeyd edib.