Azərbaycanın qadın boksçuları Serbiyada beynəlxalq turnirdə iştirak edəcəklər

3 Fevral 2025 16:06 (UTC+04:00)

Azərbaycanın qadın boksçuları fevralın 5-9-u aralığında Serbiyanın paytaxtı Belqradda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yığmanın heyətində Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayeva (+81 kq) gücünü yoxlayacaq.

Qeyd edək ki, bu gün səfərə yollanan idmançılar fevralın 10-da Bakıya qayıdacaqlar.