Sosial şəbəkələrin qazandırdığı üstünlüklər və əks göstərişlər NƏLƏRDİR? - TEXNOLOQ AÇIQLADI

3 Fevral 2025 14:58 (UTC+04:00)

"İnsanlar sosial şəbəkə üzərindən ünsiyyət quranda deməli real həyata daha az maraq göstərir. Onlar halbuki, öz həyatlarını onlayn həyatda görürlər, öz aktivliyini sosial şəbəkələrdə görürlər və bununla da hesab edirlər ki, çoxlu ünsiyyətləri var. Amma bir müddət sonra görürük ki, yavaş-yavaş onlayn oflaynı əvəz edir". Bu sözləri SİA-ya açıqlamasında İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov deyib.

Onun sözlərinə görə, bu onlayn həyata keçid çox pis bir nəticədir. Çünki biz insanıq və biz kompyuter proqramı deyilik ki, onlaynda həmişə olaq. Bizim real həyatımız, real istəklərimiz, real tələbatlarımız, ünsiyyətlərimiz var. İndiki zamanda daha çox real həyatdan onlayn həyata doğru gedir. İkinci məsələ ondadır ki, insanlar onlaynı nə üçünsə istifadə edirlər. Bu əsasən yaşlı nəsildə özünü biruzə verir. Onlar özlərini elə hesab edirlər ki, sosial şəbəkələrdə nə istəsələr edə bilərlər və elə düşünürlər ki, onlara heçnə olmayacaq. Elə bilki onlar ictimai qınaq və qanunvericilikdən qıraqda qalacaqlarını hesab edirlər. Bəzən biz sosial şəbəkələrdə görürük ki, kimsə kimsəni təhqir edir, nalayiq ifadələr işlədir və bunu özünə fəxr hesab edirlər. Bu isə onu göstərir ki, insanlar real həyatda edə bilmədiklərini onlayn dünyada etməyə çalışırlar və hesab edirlər ki, orada hər şey mümkündür. Bu isə mənim fikrimcə düzgün bir addım deyil. Çünki bizdə sosial və onlayn formatda məsuliyyət son dərəcə ciddidir və dünyada olan bir trenddir. Bu nöqteyi-nəzərdən insanlar düşünürlər ki, mən onlayn həyatdayam və mənə heç kim heçnə deyə bilməz.

Sosial şəbəkələrin müsbət cəhətlərinə gəldikdə onu deyə bilərəm ki, onlayn həyatın yaxşı tərəfləri də çoxdur. Bu ümumiyyətlə ünsiyyət formalarının transformasiyasıdır. Biz istənilən halda indi hər hansı bir dünyanın istənilən bir nöqtəsində tanışlarımızla, yaxınlarımızla ünsiyyətdə ola bilirik. Hətda onu da deyə bilərəm ki, bəzən aktual olan bir mövzunun müzakirəsini belə onlayn həyatda edə bilərik. Bu tamamilə çox rahat bir formadır. Həmçinin 20-25 ilə nəzər yetirsək görərik ki, kiminləsə ünsiyyət qurmaq istəyirsə müəyyən mənada bu çox çətin məsələ idi. Hər hansısa bir adamı axtarmaq çox çətin bir məsələ idi. Amma indi müəyyən mövzular, tematikalar üzərində axtarışlar çox asanlaşıb. Bu çox vacib məsələlərdən biridir. Ümumiyyətlə götürdükdə onu deyə bilərəm ki, yaxın 5 il ərzində biz yeni bir təkamülə görəcəyik. O təkamüldə artıq bizə təsir edəcək".