“FlyArystan” şirkəti Astana-Bakı-Astana marşrutu üzrə reyslər həyata keçirəcək

3 Fevral 2025 11:17 (UTC+04:00)

Qazaxıstanın aşağıbüdcəli (loukosteri) “FlyArystan” şirkəti iyunun 2-dən Astana-Bakı-Astana marşrutu üzrə mövsümi reysləri həyata keçirməyə başlayacaq. SİA Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, aviaşirkət artıq bu marşrut üzrə biletlərin satışına başlayıb.

Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Biletləri “FlyArystan”nın mobil tətbiqi, daşıyıcının rəsmi saytı və digər mövcud platformalar vasitəsilə əldə etmək mümkündür.