Azərbaycan XİN Pakistana başsağlığı verib

3 Fevral 2025 11:15 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş verən terror aktı ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, nazirlik bu barədə rəsmi "X" sosial media hesabında yazıb.

Palyaşımda Pakistanla həmrəylik qeyd olunub:

"Pakistan İslam Respublikasının Bəlucistan əyalətindəki terror aktı xəbəri bizi dərindən kədərləndi. Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilə birlikdədir və bu çətin zamanda Pakistanla həmrəyik. Terrorizmin dağıdıcı təsiri ilə üzləşmiş Azərbaycan bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam sadiqdir".