Nigeriyada iki avtobus toqquşub - 28 nəfər ölüb

3 Fevral 2025 10:27 (UTC+04:00)

Nigeriyanın Ondo əyalətində iki avtobus toqquşub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 28 nəfər ölüb, 49 nəfər yaralanıb.

Milli Yol Təhlükəsizliyi Təşkilatının Ondo Dövlət Koordinatoru Samuel İbitoye verdiyi açıqlamada, Ore-Laqos şossesində əyalətin Odigbo bölgəsində iki sərnişin avtobusunun toqquşduğunu söyləyib.

İbitoye qeyd edib ki, qəza nəticəsində 28 nəfər ölüb, 49 nəfər yaralanıb. Yaralıların xəstəxanaya aparıldığını bildirən İbitoye, ölənlərin sayının artacağından narahatlıq olduğunu dilə gətirib. Həddindən artıq sürətin qəzaya səbəb ola biləcəyinə diqqət çəkən İbitoye sürücüləri daha diqqətli olmaları barədə xəbərdar edib.