Hava yağmursuz keçib

3 Fevral 2025 09:25 (UTC+04:00)

Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilə məlumata görə, Sumqayıt, Binə, Yevlax, Göyçay, Zərdab, İmişli, Neftçala, Sabirabad, Cəfərxan, Biləsuvarda duman müşahidə olunub.

Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.