Papadan xristian liderlərinə müraciət

3 Fevral 2025 02:33 (UTC+04:00)

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ənənəvi “Angelus” duası zamanı xristian liderlərini müharibələrə son qoymağa çağırıb. SİA xəbər verir ki, Papa Fransisk Vatikanda qeyd olunan Müqəddəs Yubiley İlində münaqişə zonalarında sülhə nail olunması istəyini ifadə edib.

“Hər şeyi, həyatı məhv edən müharibəyə yox deyək. Həyata hörmətsizlik hər kəs üçün məğlubiyyətdir. Unutmayaq ki, müharibə həmişə məğlubiyyətdir. Mən bu yubiley ilində, xüsusən də xristian inancının liderlərinə müraciətimi yeniləyirəm ki, onlar bütün davam edən münaqişələrə son qoymaq üçün sülh danışıqlarına maksimum səy göstərsinlər. Gəlin, Ukraynada, Fələstində, İsraildə, Livanda, Myanmarda, Sudanda, Şimali Kivuda sülh üçün dua edək”, - deyə, pontifik vurğulayıb.