İsrail ordusunun yeni rəhbəri seçildi

2 Fevral 2025 20:14 (UTC+04:00)

İsrailin müdafiə naziri Eyal Zamir İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinin icrasına başlayacaq.

Bu barədə şənbə, fevralın 1-də “The Times of Israel” məlumat yayıb.

Zamir vəzifəsinin icrasına martın 6-da başlayacaq və hazırkı baş komandan Herzi Halevini əvəzləyərək İsrail Müdafiə Qüvvələrinin 24-cü Qərargah rəisi olacaq.

SİA-nın məlumatına görə, “The Times of Israel” xəbər verir ki, Halevy istefasını keçən ay elan edib. O, ənənəvi dörd il əvəzinə iki il vəzifədə çalışıb.

Məqalədə qeyd edildiyi kimi, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumuna səbəb olan Qəzza zolağında hərbi uğursuzluqlar səbəbindən Halevinin istefa verəcəyi çoxdan gözlənilirdi.

Əli Babayev