Tramp Kanadaya ABŞ-ın rüsumlarından yayınmağın yolunu verir

2 Fevral 2025 20:06 (UTC+04:00)

...Kanada ABŞ-ın 51-ci ştatına çevrilməlidir.

SİA-nın məlumatına görə, bunu prezident Donald Tramp özünün Truth Social sosial şəbəkəsində deyib.

…Kanada xalqı üçün daha aşağı vergilər və daha yaxşı hərbi müdafiə - və heç bir tarif yoxdur!

Bunu da Tramp yazıb.

O, ABŞ-ın heç bir yaxşı səbəb olmadan Kanadaya subsidiya vermək üçün "yüz milyardlarla dollar" ödədiyini söyləyib.

…Onlarda olan heç nəyə ehtiyacımız yoxdur. Bizim qeyri-məhdud enerjimiz var, öz maşınlarımızı hazırlamalıyıq, istifadə edə biləcəyimizdən daha çox ağacımız var.

Tramp buna əminlik bildirib.

…Eyni zamanda, böyük subsidiyalar olmadan Kanada yaşayışlı bir ölkə kimi mövcud olmağı dayandıracaq.

Tramp buna da əminlik bildirib.

Əli Babayev