Fələstin Qəzzada ölənlərin sayını açıqlayıb...

2 Fevral 2025 19:54 (UTC+04:00)

...Fələstin hakimiyyəti İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayını açıqlayıb.

SİA xəbər verir ki, Fələstin Milli Administrasiyasının məlumatına görə, 61 mindən çox insan həyatını itirib. Məlumata görə, ölənlərin sayı 1100-dən çox tibb işçisi, 200-dən çox jurnalist və 200-ə yaxın mülki müdafiə əməkdaşıdır.

Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyi daha əvvəl Fələstin anklavında İsrail müdafiə qüvvələrinin hərəkətləri nəticəsində 47 mindən çox insanın öldüyünü bildirmişdi.

Əli Babayev