Cari tədris ilində 6 mindən çox gənc müəllim işə qəbul edilib

2 Fevral 2025 19:26 (UTC+04:00)

2024-2025-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 3212 gənc müəllim müddətsiz, 2999 gənc müəllim isə müddətli müqavilə ilə ümumi təhsil müəssisələrinə işə qəbul olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.