"Ölkəmizin rifahına töhfəmizi verməyə davam edəcəyik"

2 Fevral 2025 19:00 (UTC+04:00)

Gənclərimizin Prezident mükafatına layiq görülməsi bizim üçün çox qürurverici və sevindirici haldır.

SİA xəbər verir ki, bunu Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli "Sumqayıt Gənclər Paytaxtı - 2025"in açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, ruhu gənc olan hər kəsi 2 Fevral - Azərbaycan Gənclər Günü münasibətilə təbrik edib: "Artıq uzun illərdir gənclər sahəsində çalışırıq. Bu illər ərzində dövlətin qayğı və diqqətini hər zaman hiss etmişik. Biz dövlət gənclər siyasətinə, eləcə də ölkəmizin inkişafına və rifahına kiçik töhfələrimizi verməyə davam edəcəyik".