A Seriyası: “Yuventus” geri dönüş edərək üç xal qazanıb

2 Fevral 2025 17:40 (UTC+04:00)

İtaliya A Seriyasında 23-cü turun növbəti oyunu keçirilib.

SİA xəbər verir ki, “Yuventus” doğma meydanda "Empoli"ni qəbul edib. Görüş ev sahibinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı qonaqlar açsa da, Turin klubu 4 qol vuraraq qələbəyə sevinib.

Bu nəticədən sonra xallarını 40-a çatdıran "Yuventus" 4-cü pilləyə yüksəlib.