Krasnodarda sahibsiz itlər oğlana hücum edib...

2 Fevral 2025 18:04 (UTC+04:00)

Rusiya Federasiyasının İstintaq Komitəsi Krasnodarda 13 yaşlı uşağa itlərin hücumu ilə bağlı cinayət işi açıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Krasnodar diyarı üzrə İstintaq İdarəsi Telegram-da məlumat yayıb.

...Sosial şəbəkələrdə məlumat yayılıb ki, 2025-ci il yanvarın 31-də günorta saatlarında Krasnodar şəhərinin Rossiyski kəndinin Rımnikskaya və Kulikova Polya küçələrinin kəsişməsində məktəbdən qayıdan 13 yaşlı yeniyetmə sahibsiz itlərin hücumuna məruz qalıb. İtlər onun qolundan dişləyərək bədəninin müxtəlif yerlərinə xəsarət yetiriblər. Yoldan keçən bir nəfər yeniyetmənin köməyinə gələrək itləri qovub.

Bunu nəşr yazır.

Qeyd olunur ki, hadisədən sonra İstintaq Komitəsi səhlənkarlıq maddəsi ilə iş açıb. “Hazırda müstəntiq hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətlərini həyata keçirir”, - deyə idarədən bildirilib.

Nazlı Almuradova