2024-cü ildə Türkiyəyə 6,7 milyon rusiyalı səfər edib...

2 Fevral 2025 22:43 (UTC+04:00)

Türkiyə ötən il Rusiyadan turist axınında artım qeydə alıb. Bu, demək olar ki, pandemiyadan əvvəlki səviyyəyə çatıb. Belə ki, ölkəyə 6,7 milyon rusiyalı səfər edib ki, bu da 2023-cü illə müqayisədə 6,3 faiz çoxdur.

SİA-nın məlumatına görə, 2019-cu ildə Türkiyəyə təxminən 7 milyon rusiyalı səfər edib.

Rusların məşhur yerləri siyahısına Antalya başçılıq edir. Regiona Rusiyadan 3,9 milyon turist gəlib. Avropa İttifaqının hava məkanını Rusiyaya bağlamasından sonra bir il ərzində təxminən 2 milyon Rusiya vətəndaşı İstanbul hava limanından keçib.

Mütəxəssislər hesab edir ki, turların qiymətləri qalxmasaydı, Türkiyəyə gələn turistlərin sayı daha çox ola bilərdi.

Belə ki, aktiv mövsümdə səyahət paketlərinin qiymətləri 10-25 faiz artıb.

Qüyd edilməlidir ki, qiymətlərin qalxmasına baxmayaraq, Türkiyə rus turistlərin əsas xarici istirahət məkanıdır.

Nazlı Almuradova