İsmayıllıda selə qarşı qabaqlayıcı tədbirlər görülür

2 Fevral 2025 17:10 (UTC+04:00)

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərtib olunmuş istismar tədbirlər planına uyğun olaraq işlərini davam etdirir. Bu barədə SİA-ya İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, idarə tərəfindən yaşayış məntəqələrinin sel sularından mühafizəsini təşkil etmək üçün bir sıra tədbirlər həyata keçirilir. Belə ki, dağ çaylarında məcra təmizləmə işləri və daş-beton bəndin inşası aparılır. Çayın məcrasının təmizlənməsi nəticəsində yaxınlıqda olan yaşayış məntəqələri və əkin sahələri sel sularından mühafizə olunacaq. Bu məqsədlə ötən il çay məcraları daşqın və selə qarşı mübarizə məqsədi üçün təmizlənib. Hazırda Talıstan çayda inşa edilən yeni bənd ətraf əraziləri sel sularından sığortalamış olacaq.

8800 hektardan artıq sahəyə xidmət edən idarə İsmayıllı rayonunda növbəti suvarma mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. Ötən il İsmayıllı Su Meliorasiyası Sistemlərinin İstismarı İdarəsinin balansında olan Qubaxəlilli və Kürdmaşı kəndində subartezian quyuları əsaslı təmir olunaraq istismara verilib. 33 ədəd nasos cari təmir olunub, 5 ədəd subartezian quyuları yeni nasoslarla əvəzlənib. Göyçay-İsmayıllı beton kanalı 2 km məsafədə cari təmir olunub. Su itkisinin qarşısını almaq, suyun maneəsiz axınını təminetmək üçün suvarma kanalları lildən təmizlənib.