Bundan əlavə, Türkiyə turizmdən 61,1 milyard ABŞ dolları gəlir əldə edərək ötən illə müqayisədə 8,3% daha çox gəlir qazandı. Ümumilikdə, 2024- cü il Türkiyənin turizm sahəsində ən uğurlu ili olub.
Avropa, Yaxın Şərq və Mərkəzi Asiya Türkiyənin əsas turizm bazarları olaraq qalsa da, Amerika, Hindistan və Çin kimi inkişaf edən bazarlarda 2024-cü ildə nəzərəçarpacaq artım qeydə alınıb. Rusiya, Almaniya və Böyük Britaniya ən çox turist göndərən üç ölkə sırasındadır. Digər tərəfdən, inkişaf edən bazarlardan gələn turistlərin sayında ABŞ üzrə 8,1%, Çin üzrə 65,1% və Hindistan üzrə 20,7% artım müşahidə olunub.
Türkiyəyə gələn beynəlxalq turistlər ölkədə orta hesabla 10,7 gün keçirib və bir turistdən əldə edilən gəlir 972 ABŞ dolları təşkil edib. Birləşmiş Millətlər Təşkilatının Turizm qurumuna (UN Tourism) görə, Türkiyə 2023-cü ildə dünyanın ən çox ziyarət edilən ilk beş turizm məkanı arasında yer alıb.