Xəzər dənizinin Lənkəranın Siyavar kəndinə düşən sahilində meyit aşkarlanıb. SİA-nın məlumatına görə, meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan birinə aid olduğu deyilir.
Qeyd edək ki, yanvarın 14-də balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar və itkin düşüblər.