Azərbaycan diplomatları yeni açılmış məscidi ziyarət ediblər

2 Fevral 2025 11:20 (UTC+04:00)

Azərbaycanın Los-Ancelesdəki konsulluğunun diplomatları Silikon vadisində yeni açılmış Ərtoğrul Qazi məscidini ziyarət ediblər. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Kaliforniyadakı diplomatik nümayəndəliyinin mətbuat xidməti bildirib.

“Yeni açılmış Ərtoğrul Qazi məscidini ziyarət etməkdən şad olduq. [Türkiyənin] Dəyanət Vəqfi Silikon vadisi şöbəsinin səmimi qəbulu və qonaqpərvərliyinə görə ürəkdən təşəkkür edirik. Dolğun müzakirələrə görə icma üzvlərinə minnətdarıq”, – Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, daha əvvəl azərbaycanlı diplomatlar Kaliforniyada ASALA terrorçularının qurbanı olmuş türkiyəli həmlarlarının xatirəsini yad etmişlər.