Bu gün Azərbaycan Basketbol Liqasında XIII tura yekun vurulacaq. SİA-nın məlumatına görə, B qrupunda "Ordu" "Gəncə" ilə, "Quba" "Lənkəran"la üz-üzə gələcək.
Qarşılaşmalar müvafiq olaraq saat 12:30-da və 14:00-da başlayacaq.
21 xalı olan "Gəncə" turnir cədvəlində ikinci, "Ordu" 20 xalla üçüncüdür. "Quba" 15 xalla beşinci, "Lənkəran" isə 14 xalla sonuncu - altıncıdır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Naxçıvan" "Sərhədçi"ni 80:76, "Abşeron" "Sabah"ı 67:59, NTD "Neftçi"ni 105:100, "Sumqayıt" "Şəki"ni 98:93 hesabı ilə məğlub edib.