Almaniyada ifrat sağçı Almaniya üçün Alternativ Partiyası (AfD) ilə hər hansı əməkdaşlığa qarşı etiraz aksiyaları davam edir. SİA yerli mediaya istinadla xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində təşkil olunan mitinq və nümayişlərə on minlərlə insan qatılıb. Ən böyük mitinqlər Hamburq, Köln, Leytsiq və Ştutqart şəhərində təşkil olunub. Təkcə Hamburqdakı mitinqdə 65 min nəfər iştirak edib. Bu etirazlar ifrat sağçı AfD ilə yanaşı, Xristian Birlik (CDU/CSU) partiyalarına qarşı da yönəlib.
Qeyd edək ki, CDU-nun ölkədə miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı təklifi yanvarın 29-da Bundestaqda keçirilən səsvermədə AfD-nin dəstəyi ilə qəbul edilməsi ölkədə genişmiqyaslı etirazlara səbəb olmuşdu. Birliyin ötən gün parlamentdə səsə qoyulan qanun layihəsi isə AfD-nin və digər partiyaların dəstəyinə baxmayaraq, qəbul olunmasa da, ölkədə etirazlar davam etdirilib.
Almaniyanın digər əyalətlərində də kütləvi nümayişlər keçirilib. Aşağı Saksoniya, Bremen, Şimali Reyn-Festfaliya, Saksoniya, Baden-Vürtemberq, Bavariya və Hessen əyalətlərində təşkil olunan nümayişlərə minlərlə iştirakçı qatılıb.
Etirazlar bazar günü də davam etdiriləcək.