Keçmiş müstəmləkələr Fransa taxılından imtina edir

2 Fevral 2025 03:13 (UTC+04:00)

2024-2025-ci il Fransa taxılçıları üçün əlverişli hesab edilmir. SİA “Zone Bourse” saytına istinadla xəbər verir ki, dünyanın 6-cı taxıl istehsalçısı olan Fransanın ixracatı kəskin azalıb. Mövsüm sonunadək ölkənin cəmi 3,5 milyon ton taxıl ixrac etməsi gözlənilir. Bu da 1980-ci ildən sonra ən aşağı göstəricidir. İxracın pisləşməsinə səbəb yağışlar nəticəsində keyfiyyətin və həcmin aşağı düşməsidir. Digər tərəfdən, Afrika ölkələri də getdikcə Fransa taxılından üz döndərir. Fransız taxılının əsas müştərisi olan Əlcəzair bir müddət əvvəl başqa təchizatçı tapıb. Bu günlərdə Mərakeş də artıq Fransa taxılından imtina edib.

Hər 2 ölkə imtinaya səbəb kimi Fransada yetərli həcmdə taxıl olmadığını və təqdim edilən məhsulun keyfiyyətsizliyini əsas gətirir. Lakin Afrika mətbuatı keçmiş müstəmləkələrin bu addımını keyfiyyət deyil, siyasi amillə izah edir. İddia olunur ki, taxıldan imtinaya səbəb Fransanın bu ölkələrin daxili işlərinə müdaxiləsidir.