İsrail Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrail Katz ölkənin Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamiri Baş Qərargahın növbəti rəisi təyin etmək barədə razılığa gəliblər. SİA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Zamirin növbəti ay yeni vəzifəsinin icrasına başlayacağı bildirilib.
Qeyd edək ki, daha öncə Baş Qərargah rəisi general-leytenant Herzi Halevi istefa verib.