Rusiya Kurskda məktəbi vurdu - 4 nəfər öldü

2 Fevral 2025 02:36 (UTC+04:00)

Rusiya hərbçiləri Kursk vilayətinin Suca şəhərindəki internat məktəbinə hücum ediblər. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Suca şəhəri üzrə komendantlığının nümayəndəsi Aleksey Dmitraşkovski məlumat yayıb. O bildirib ki, zərbələr nəticəsində dağılan binanın altında 95 nəfər qalıb: "Dağıntılar altından insanların qışqırıq səsləri eşidilir. Hazırda hərbi komendantlıq axtarış-xilasetmə işləri aparır”.