...Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Nəşr qeyd edir ki, Ağ Ev rəhbəri Misir prezidentinə Vaşinqtona səfər etmək və onunla ABŞ administrasiyasında görüşmək üçün açıq dəvət göndərib.
Bundan əvvəl Tramp evlərini itirmiş Qəzza sakinlərini ərəb ölkələrinə yerləşdirməyi mümkün hesab etdiyini bildirmişdi. ABŞ prezidentinin sözlərinə görə, o, artıq İordaniya kralı II Abdullah ilə bu məsələni müzakirə edib və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə də müzakirə etmək niyyətindədir. Jurnalistlər Trampdan problemin müvəqqəti həllini nəzərdə tutub-tutmadığına aydınlıq gətirməsini istəyiblər.
Buna Amerika lideri cavab verib ki, bu ya müvəqqəti, ya da uzunmüddətli variant ola bilər.
Yanvarın 25-də Axios portalı İsrailin baş naziri Benyamin Netanyahunun fevralın birinci yarısında Vaşinqtonda ABŞ prezidenti ilə danışıqlar aparacağını gözlədiyini bildirib. Yanvarın 19-da İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, Tramp Qəzza zolağında atəşkəs razılaşmasına təsir edib.
Əli Babayev