ABŞ Ukraynanın ilin sonuna qədər seçki keçirməsini istəyir

1 Fevral 2025 20:46 (UTC+04:00)

...ABŞ hökuməti ilin sonuna qədər Ukraynada prezident və parlament seçkilərinin keçirilməsini istərdi, xüsusən də Kiyev yaxın aylarda Moskva ilə atəşkəs razılaşmasına nail ola bilsə...

SİA-nın məlumatına görə, bunu prezident Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib. “Reuters” Vaşinqtonun mövqeyi barədə yazır.

... Ən demokratik ölkələrdə seçkilər müharibə vaxtı keçirilir. Düşünürəm ki, onların bunu etmələri vacibdir, bu, demokratiya üçün yaxşıdır. Bu, güclü demokratiyanın gözəlliyidir: Sizin birdən çox potensial namizədiniz var.

Bunu da Kelloq bildirib.

Əli Babayev