Ukraynanın qərbində yerləşən Rovno şəhərində regional ərazi çağırış mərkəzinin (RTRC; hərbi komissarlığa bənzər) binasında partlayış baş verib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri şənbə günü, fevralın 1-də Telegram-da məlumat yayıb.
İlkin məlumata görə, ölənlər var. Hadisə yerinə təcili yardım maşınları gəlib.
Həmin gün səhər saatlarında Ukraynada naməlum şəxsin TCC əməkdaşını qətlə yetirdiyi bildirilir.
Hücum Poltava vilayətinin Pripyat şəhəri yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib. Həmin şəxs çağırışçıları təlim mərkəzinə müşayiət edirmiş.
Əli Babayev