...YouTube-da özbəklərin ünvanına təhqirlərin əks olunduğu təxribat xarakterli video xüsusi olaraq Moskva ilə Daşkənd arasında dava salmaq üçün uydurulub.
SİA-nın məlumatına görə, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov bildirib. ...Araşdırma nəticəsində məlum oldu ki, bu material təxribat xarakteri daşıyır və xalqlarımız arasında münasibətlərə nifaq salmağa çalışan destruktiv qüvvələr tərəfindən hazırlanıb.
Burxanov bunu Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Özbəkistan Xarici İşlər Nazirliyi videonun internetdə yayılmasından dərhal sonra Rusiyadan olan həmkarları ilə əlaqə saxlayıb.
Onlar kimin verməsindən asılı olmayaraq, bu cür təhqiramiz bəyanatların dərc olunmasından dərin təəssüfləndiklərini bildiriblər.
Bundan əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna və Litva xüsusi xidmət orqanlarının Rusiyanın MDB ölkələri ilə tərəfdaşlığına xələl gətirmək cəhdlərini açıqlamışdı.
Agentlik müəyyən edib ki, videoda özbək millətinin nümayəndələrini təhqir edən şəxs Ukrayna vətəndaşı Nikolay Koçmarikdir və təxribat xarakterli kadrların yerləşdirildiyi YouTube kanalı Litva xüsusi xidmət orqanlarına məxsusdur.
Əli Babayev