Babək prospektində məhdudiyyət aradan qaldırılıb

1 Fevral 2025 17:31 (UTC+04:00)

Nizami rayonu, Babək prospekti, ( Baku Medical Plazanın yaxınlığında) yolda aparılan təmir işləri səbəbindən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.