“Çətin bir oyun oldu”.
SİA xəbər verir ki, bunu NTD komandasının baş məşqçisi Tahir Baxşıyev “Neftçi” İK ilə (105:100) qarşılaşmadan sonra oyunla bağlı fikirlərini bildirib.
Təcrübəli mütəxəssis bildirib ki,
son oyunlardan fərqli olaraq çoxlu səhvlər etdiblər: “Amma məhz belə oyunlarda komanda ruhu özünü göstərir. Uşaqları təbrik edirəm, çox yaxşı oyun göstərdilər. Qarşılaşma çox gərgin keçdi. Oyun ərzində bizim 10-11 xal üstünlüyümüz olurdu. Amma mübarizə gedirdi. “Neftçi” layiqli komandadır, onları yaxşı oyun münasibətilə təbrik edirəm. Bu, ardıcıl üçüncü qələbəmizdir. Davamı gətirməliyik. Növbəti oyun “Sabah”la olacaq. Çox çətin olacaq, amma biz hazır olacağıq”.
Onun sözlərinə görə, hakimlikdən şikayət etmək istəyib: “Liqada basketbol səviyyəsi çox yüksəlib. Sürətlər tamamilə dəyişib. Başa düşürəm ki, hakimlər üçün də çox çətin olub. Bu təcrübə ilə gəlir. Hamının səhvi olur. Bizim də. Hər şeyi hakimlərin üstünə atmaq olmaz. Düşünürəm ki, gələcəkdə hakimlik daha da peşəkar olacaq”.