“Oyuna daha yaxşı hazırlaşmalıyıq” - Məşqçi açıqladı

1 Fevral 2025 16:48 (UTC+04:00)

“Çox çətin oyun idi”.

SİA xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Daviti Çivçivadze Azərbaycan Basketbol Liqasının XIII turunda NTD ilə qarşılaşmadan sonra deyib.

O bildirib ki, məğlub olsalar da, komandası müdafiədə yaxşı oynayıb: “Ancaq bu, oyunu udmağa bu bəs etmir. Mənə, həmçinin bütün komandaya bir daha sübut edildi ki, oyuna daha yaxşı hazırlaşmalı, meydana daha hazırlı çıxmalıyıq".

Qeyd edək ki, “Neftçi” NTD-yə 100:105 hesabı ilə uduzub.