MSK dairələrdən daxil olan müraciətləri araşdırılması üçün DSK-lara göndərib

1 Fevral 2025 16:47 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar daxil olan müraciətlərə baxıb. SİA xəbər verir ki, qurumun bu gün keçirilən iclasında əvvəlcə müraciətlərin hansı seçki dairələrindən daxil olduğu barədə məlumat verilib.

Bildirilib ki, MSK-ya 8 dairə seçki komissiyasından müraciət daxil olub:

56 saylı Şabran-Xaçmaz DSK (2 şikayət),

67 saylı Sabirabad DSK,

68 saylı Sabirabad-Şirvan DSK,

72 saylı Cəlilabad kənd DSK,

81 saylı İmişli DSK,

82 saylı İmişli-Saatlı DSK,

85 saylı Füzuli-Ağcabədi DSK,

86 saylı Ağcabədi DSK.

Müraciətlər araşdırılması üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına göndərilib.