Sankt-Peterburqda polis maşınının iştirakı ilə baş verən qəzada bir nəfər ölüb

1 Fevral 2025 15:28 (UTC+04:00)

...Sankt-Peterburq polisi Şuşarıda səhər saatlarında xidməti maşının iştirakı ilə baş verən qəzaya rəsmi münasibət bildirib.

Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti polis maşınının oğurluq xəbərinə reaksiya verərkən qəza törətməsi ilə bağlı mətbuatda yayılan məlumatı təsdiqləyib.

Lakin polis qurbanların sayını dəqiqləşdirməyib.

SİA xəbər verir ki, TASS-ın hüquq-mühafizə orqanlarındakı mənbəsi 1 nəfərin öldüyü və 5 nəfərin yaralandığı barədə məlumat yayıb.

“Fontanka”nın məlumatına görə, qəzanın qurbanı Puşkinski Rayon Daxili İşlər İdarəsinin patrul-mühafizə xidmətinin əməkdaşı olub, onun 27 yaşlı həmkarı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Sankt-Peterburqun Moskovskoe şossesində qəza saat 08:41-də baş verib. Polis maşını, "Mercedes-Benz Sprinter" və "Qazel" toqquşublar.

Zərbə sonuncunun çevrilməsinə səbəb olub.

Hadisənin bütün halları artıq Rusiya Federasiyasının İstintaq Komitəsi və prokurorluğu tərəfindən araşdırılır.

Qəza yerindən görüntülər internetdə yayımlanıb.

Əli Babayev