Daha bir israilli girov qaytarıldı

1 Fevral 2025 14:40 (UTC+04:00)

Qəzza zolağında girovların mübadiləsi çərçivəsində azad edilən 65 yaşlı İsrail və ABŞ vətəndaşı Kit Siqal İsrail ərazisinə aparılıb. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Azad edilən girov Kit Siqal İsrail Müdafiə Qüvvələrinin müşayiəti ilə İsrail ərazisinə gəlib”, - bəyanatda deyilir.

BQXK maşınları girovu hərbçilərə təhvil vermək üçün onu İsrail Müdafiə Qüvvələrinin olduğu yerə çatdırıb.