Babək prospektində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub - FOTO

1 Fevral 2025 13:50 (UTC+04:00)

Nizami rayonu, Babək prospektində (“Baku Medical Plaza”nın yaxınlığında) aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır. SİA xəbər verir ki, təmir işləri ilə bağlı yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə yenidən məhdudiyyət qoyulub. Nəqliyyatın hərəkəti köməkçi yolla təşkil edilib.