Tailandda turist avtobusu 15 metr hündürlükdən aşıb. SİA xəbər verir ki, "Qəza Phuketdəki Karon-Patonq aşırımında baş verib. Bir qrup turist ekskursiyadan qayıdarkən avtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi hotelin yaxınlığında yoldan çıxıb", - telekanal qeyd edir.
Qəza nəticəsində doqquz nəfər xəsarət alıb. İlkin məlumata görə, onların arasında rusiyalılar və çinlilər var.
Hadisə yerində xilasetmə xidmətləri işləyir.