Bu gün Misli Premyer Liqasında XXI turun daha 2 oyunu keçiriləcək. SİA xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Səbail"i sınağa çəkəcək. Tovuz şəhər stadionunda oynanılacaq qarşılaşma saat 16:00-da başlayacaq.
Günün digər görüşündə isə "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək. Matçın start fiti saat 18:30-da səslənəcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. Tura fevralın 2-də "Zirə" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.