“Zirə” klubu iki futbolçusu ilə müqavilənin müddətini artırıb. SİA xəbər verir ki, Salifu Suma və İssa Cibrilla ilə yeni sözləşmə imzalanıb. Hər iki oyunçu 2027-ci ilin yayınadək "qartallar"ın formasını geyinəcək.
Qeyd edək ki, İssa Cibrilla 2022, Salifu Suma isə 2023-cü ildən “Zirə”nin formasını geyinir.