Bakıda yeniyetmə qız dəm qazından zəhərlənərək ölüb

1 Fevral 2025 10:22 (UTC+04:00)

Bakıda 12 yaşlı qız dəm qazından zəhərlənərək ölüb. SİA xəbər verir ki, 2013-cü il təvəllüdlü, Yasamal rayon sakini Nərgiz Cəvahir qızı Əliyeva yaşadığı mənzilin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.