Azərbaycan futzal millisi Avropa çempionatının əsas mərhələsində Xorvatiyaya uduzub

1 Fevral 2025 05:09 (UTC+04:00)

Azərbaycan futzal millisi Avropa çempionatının əsas mərhələsində növbəti oyununu keçirib. SİA xəbər verir ki, 5-ci qrupda yer alan yığma Xorvatiya seçməsi ilə qarşılaşıb. Pula şəhərində yerləşən Mate Parlov İdman Mərkəzində gerçəkləşən görüş rəqibin 9:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan seçməsi əsas mərhələdə keçirdiyi ilk matçda İsveçlə 3:3 hesablı heç-heçə edib.