Ledi Qaqa ana olmaq istəyir

1 Fevral 2025 04:35 (UTC+04:00)

Ledi Qaqa nişanlısı Maykl Polanskidən uşaq sahibi olmaq istəyir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu haqda müğənniyə yaxın mənbəələr məlumat verib. Qaqanın paylaşdığı fotolara yazdığı sözlər pərəstişkarlarını həyəcanlandırıb: "Bəzən düşünürəm ki, insanlar məni darıxdırıcı görəcəklər. Çünki həyatı önəmsəmədən yaşayırdım. Belə yaşamağa davam etsəm başıma nə gələcəyini bilmirdim. Amma əslində Allaha çox minnətdaram. Çünki həqiqətən mənim olan xoşbəxtlik və sevinc hissini nəhayət ki, tapdım” deyə müğənni bildirib.