Almaniyada miqrantlarla bağlı vacib qərar

1 Fevral 2025 02:57 (UTC+04:00)

Bundestaqın yanvarın 31-də keçirilən iclasında Xristian Birlik (CDU/CSU) partiyalarının irəli sürdüyü miqrasiya siyasəti ilə bağlı qanun layihəsi səsverməyə çıxarılıb. SİA xəbər verir ki, uzun və gərgin müzakirələrdən sonra keçirilən səsvermədə Bundestaqın 733 üzvündən 693-ü iştirak edib. Qanun layihəsinin lehinə 338, əleyhinə 350 deputat səs verib, 5 nəfər isə bitərəf qalıb.

Qeyd edək ki, “Axını məhdudlaşdırma qanunu” Almaniyaya miqrant axınının məhdudlaşdırılmasını, ölkəyə mühacirət etmiş şəxslərin ailə üzvlərini də gətirməsini nəzərdə tutan “ailə birləşməsi”nin dayandırılmasını və federal polisə barələrində ölkəni tərk etmək qərarı çıxarılan şəxsləri nəzarət altında tutmaq və saxlamaq səlahiyyətinin verilməsini nəzərdə tutur.