Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kristiano Ronaldo unikal nailiyyətə imza atıb. SİA xəbər verir ki, 39 yaşlı hücumçu buna Səudiyyə Ərəbistanı çempionatının 18-ci turunda “Əl-Raed”lə görüşdə iştirak etməklə nail olub. Sözügedən görüşdə “Əl-Nəsr” 2:1 hesabı ilə qalib gəlib.
Komandanın qollarından birini 45-ci dəqiqədə məhz Ronaldo vurub. Bu görüş Kristianonun klub karyerasında 700-cü qələbəsi olub. Nəticədə o, tarixdə klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu adına yiyələnib. Portuqaliyalı futbolçu “Sportinq” ilə 13, “Mançester Yunayted”lə 214, “Real”la 316, “Yuventus” ilə 91, “Əl-Nəsr”lə isə 66 dəfə meydanı üstün tərəf kimi tərk edib.